“Baş Dövlət Yol Polis idarəsinin Yol Patrul Xidmətinin əməkdaşları Bakı-Şamaxı, Bakı-Quba yolunun müxtəlif hissələrində reydlər zamanı sərxoş və psixotrop maddələrdən "patı" istifadə edən sürücü barəsində qərar verilib”.
RegionTV.info xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib.
Onun sözlərinə görə, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 142 nömrəli marşurut xətti üzrə hərəkət edən avtomobilin sürücüsü Allahverdi Əbülfət oğlu Bədəlova 10 gün müddətinə inzibati həbs verilib:
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüquqi bir il müddətinə məhdudlaşdırılıb. Eyni zamanda, o, 10 gün müddətinə inzibati həbs edilib".
Qeyd edək ki, bir neçə gün əvvəl Baş Dövlət Yol Polis idarəsinin Yol Patrul Xidmətinin əməkdaşları Bakı-Şamaxı, Bakı-Quba yolunun müxtəlif hissələrində reydlər zamanı sərxoş və psixotrop maddələrdən "patı" istifadə edən sürücülər aşkarlanıb.
Xəbəri paylaş