Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Səməd Səmədov vəfat etdi

Azərbaycanın Xalq artisti Səməd Səmədov vəfat edib.
 
RegionTV.info  xəbər verir ki, bu barədə tanınmış stilist Samiraldo instaqram hesabında paylaşım edib.
 
"Allah rəhmət eləsin!", - deyə Samiraldo qeyd edib.
 
Qeyd edək ki, tanınmış estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb.
 
1988-ci ildən toylarda çıxış edən Səməd Səmədov əhali arasında "Toylar Kralı" kimi tanınırdı.
 
2011-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
 
Qeyd edək ki, bu il S. Səmədovun bacısı ilə baldızı koronavirusdan vəfat edib.
 
Allah rəhmət eləsin!

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də