Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şənlik mərasimlərində karantin şərtlərinə əməl olunması vəziyyəti araşdırılıb

Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə gündəlik monitorinqlər davam etdirilir.

RegionTV.info  
xəbər verir ki,  İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, şənlik mərasimlərinin başlanmasına icazə verildiyi tarixdən bu günədək aidiyyəti qurumların nümayəndələri tərəfindən 1 000-ə yaxın obyektdə monitorinqlər aparılıb. Monitorinqlər göstərir ki, əksər şadlıq evlərində karantin qayda və tələblərinə əməl olunur, xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olanların sayı əvvəlki dövrlərlə müqayisədə artır.

Bununla belə, monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə qayda pozuntusu hallarına da rast gəlinir. Monitorinq qrupları tərəfindən məkan sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll oluna bilən pozuntu halları aradan qaldırılır və tədbirin qaydalara uyğun həyata keçirilməsi təmin olunur, nümunəvi toy mərasimlərinin təşkil edildiyi məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim olunur.

Əsas rast gəlinən pozuntu halları məkan sahiblərinin şənlik mərasimlərini müvafiq icaze.e-gov.az portalında qeydə almadan təşkil etməsi, zalların ölçüsü imkan vermədəyi halda, daha çox qonaq üçün sifariş qəbul edlməsi, toylarda qonaqların say və stollararası məsafə məhdudiyyətinin pozulmasıdır.

Məkan və toy sahiblərinin nəzərinə bir daha çatdırılır ki, bu tədbirlərin təşkili zamanı karantin rejiminin qayda və tələblərinə ciddi əməl etsinlər. Bu, hamımızın sağlamlığı üçün vacib şərtdir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də