Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Kadr seçimində peşəkarlıqla yanaşı, sədaqətlilik də olduqca önəmlidir" - RƏY

"Həmişə olduğu kimi, Azərbaycan Ordusunun rəhbərliyində həyata keçirilən kadr dəyişiklikləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bəzi kadrların uğursuz təyinat olduğunu deyənlərə gəlincə, kimsənin kimisə bəyənməməyi o demək deyil ki, həmin şəxs peşəkar deyil. Belə ciddi məsələləri, ümumiyyətlə, sosial şəbəkələrdə müzakirəyə çıxarmaq lazım deyil".
 
RegionTV.info  xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
 

 
Deputat xatırladıb ki, ötən gün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Müdafiə Nazirliyi strukturunda kadr dəyişiklikləri baş tutub: “Bir sıra vacib şəxslər müxtəlif vəzifələrə təyin edildi. Cənab Prezident 44 günlük Vətən müharibəsində peşəkarlıqları ilə seçilənləri təyin etdi”.
 
C.Osmanov bildirib ki, Müdafiə Nazirliyinin kadr seçimində peşəkarlıqla yanaşı, sədaqətlilik də olduqca önəmlidir: “Əlbəttə ki, kadr dəyişikliyi Ali Baş Komandan cənab İlham Əliyevin səlahiyyətində olan məsələdir. Peşəkarlıq və sədaqətliliyi ilə seçilən yeni kadrlara işlərində uğurlar arzulayıram”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də