Azərbaycanın qadın üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Tokio-2020 Yay Olimpiya Oyunları ilə vidalaşıb.
RegionTV.info-nun məlumatına görə, idmançı təsnifat mərhələsində 100 metr məsafəyə batterflayda 1 dəqiqə, 1,37 saniyə nəticə göstərib.
Ən yaxşı 18 üzgüçü arasına düşə bilməyən Şeyxəlizadəxangah yekunda 30-cu olub və yarımfinala yüksələ bilməyib. Beləliklə, Maksim Şemberevdən sonra o da olimpiadada mübarizəni dayandırıb.
Qeyd edək ki, olimpiadada Azərbaycanı təmsil edən üzgüçülər məhz Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah olub.
Xəbəri paylaş