Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mətanət İsgəndərlinin gəlini: “Övladım dedi ki, mən onları seçdim”

Əməkdar artist Mətanət İsgəndərli ilə gəlini Canana arasında gərginlik bitmək bilmir.

RegionTV.info  xəbər verir ki, uzun müddətdir aralarında problem yaşanan gəlin-qaynana bir-birini ittiham etməkdə davam edir.

Bu dəfə Canana qayınanası və həyat yoldaşı Kərimi övladlarını hədiyyə və digər vasitələrlə ona qarşı çevirdiklərindən şikayətlənib:

“Övladlarım mənim canım, nəfəsimdir. Moskvadan qayıdan gündən uşaqları götürdülər, oğlumu itə dişlətdilər, bunu gizlin saxladılar, uşaqları özləriylə toylara apardılar, bütün rejimlərini korladılar. Başlarını oyuncaqla, gəzintiylə qatdılar. Mən analara müraciət edirəm.

Böyuk oğlum Tuncay, mənim arxa dayağım, hər zaman məni müdafiə edən balamı belə 2 günə məndən döndərdilər. Dedi, “Mən onları seçdim, çünki mənə velosiped alacaqlar, Antalyaya aparacaqlar, öz otağım olacaq”. Bu, mənim üçün o qədər ağır zərbə oldu ki... Bu qədərmi dünya malı dəyərlidir? Bu acımı da Allahdan istəyirəm, mənə güc versin və haqq öz yolunu tapsın”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də