Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DİN-dən İsmayıllıda qanunsuz həbs olunması iddia edilənlərlə bağlı AÇIQLAMA

RegionTV.info
İsmayıllı rayonunun İvanovka kənd sakinlərinin qanunsuz olaraq həbs edilməsi iddia edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun İvanovka kənd sakini Valentina Minnikova işlətdiyi mağazanın qarşısında həmkəndliləri – Vasiliy Kazakov, Boris və Timofey Yadıginlərin ucadan nalayiq ifadələr işlətdiklərini, ictimai qaydanı pozduqlarını bildirib, onların barələrində qanuni tədbir görülməsini xahiş edib:

“Həmin şəxslər Polis Şöbəsinə dəvət edilib, xırda xuliqanlıq hərəkətlərinə yol verdikləri üçün onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə 3 nəfərin hər biri 50 manat məbləğində cərimə olunub”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də