Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu şəxslər aviadaşıyıcının hesabına karantinə alınacaq, müalicə olunacaq - DİQQƏT

Sərhəd nəzarətindən keçərkən tələblərə cavab verməyən Azərbaycan Respublikasının vətəndaşları iki həftə müddətinə aviadaşıyıcının hesabına karantinə alınacaq və zəruri hallarda müalicə olunacaq.
 
RegionTV.info-nun məlumatına görə, bu, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da etdiyi dəyişiklikdə əksini tapıb.
 
Qüvvədə olan Qaydalara əsasən, indiyə qədər sərhəd nəzarətindən keçərkən tələblərə cavab verməyən Azərbaycan Respublikasının vətəndaşları iki həftə müddətinə karantinə alınıb. Bu halda vətəndaşların məhz aviadaşıyıcının hesabına karantinə alınması və zəruri hallarda müalicə olunması tələbi isə olmayıb.
 
Digər dəyişikliyə əsasən, müəyyən olunmuş tələbləri pozaraq həyata keçirdiyi hər bir reysdə nəzərdə tutulmuş sərnişinlərin sayı 3 (üç) və daha çox olan və ya ardıcıl olaraq həyata keçirdiyi 3 (üç) reysin hər birində bu cür sərnişinlər olan aviadaşıyıcılar tərəfindən Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təmin ediləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də