
RegionTV.info xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Qızıl Tac” şadlıq sarayında keçirilən toy mərasiminin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi aşkarlanıb.
Aşkarlanmış qayda pozuntusu ilə əlaqədar restoranın sahibinə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 4000 manat məbləğində inzibati qaydada protokol tərtib edilib.