Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Erməni tərəfi itkilərlə bağlı məlumat yaydı: “Biri başından vurulub, digər ikisi…”

Ermənistan Müdafiə Nazirliyinin növbəti yalanı üzə çıxıb.

RegionTV.info  xəbər verir ki, düşmən tərəfi ötən gün Basarkeçər rayonu ərazisində 3 hərbi qulluqçusunun yaralandığını, lakin onların həyatı üçün heç bir təhlükə olmadığını bildirmişdi.

Amma “Azataqrum” hərəkatının sədri, jurnalist Mika Badalyan yaralı hərbçilərdən birinin durumunun kritik olduğunu açıqlayıb.

“Bizdə olan məlumata görə, yaralı hərbçilərdən ikisi Akunk kəndindəndir. Onların yaraları yüngüldür. Amma Razdan şəhərindən olan hərbçimizin vəziyyəti kritikdir. O hazırda Vardenisdə (Basarkeçər) əməliyyat olunur”.

Erməni hərbçinin başından güllə yarası aldığı bildirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də