Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Modern Park” şadlıq sarayının sahibi məsuliyyətə cəlb olundu

Gədəbəy rayonunda karantin qaydalarını pozan restoran sahibi məsuliyyətə cəlb olunub.
 
RegionTV.info  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yerləşən “Modern Park” şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən ediblər.
 
Şadlıq sarayında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi aşkarlanıb.
 
Sarayın inzibatçısı barəsində qanunamüvafiq tədbirlər görülüb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də