Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
RegionTV.info-nun məlumatına görə, velosipedin şosse növündə Elçin Əsədov finişə çata bilməyib. Ümumilikdə 234 km məsafə qət etməli olan Əsədov sona 127 km qalmışadək liderlər qrupunda olub. Lakin sonradan o, iştirakçılar sırasını tərk edib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) olimpiada ilə vidalaşıb. Güllə atıcısı Ruslan Lunyov isə 10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında finala vəsiqə qazana bilməyib.
Xəbəri paylaş