RegionTV.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb. Yol polisləri onları avtobuslarda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin zəruriliyi barədə məlumat veriblər. Aparılan izahedici söhbətlərə və xəbərdarlıqlara məhəl qoymayanlar barəsində isə inzibati tənbeh tədbirləri görülüb.
Yol polisi əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı da nəzarət-profilaktik tədbir keçirib. Onların barəsində cərimə protokolu tərtib olunub.