
RegionTV.info-nun xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov deyib.
B.Məhərrəmov bildirib ki, Azərbaycan yeni bir müharibə arzu etmir: “Hətta ərazilərimiz işğalda olanda da biz müharibə istəməmişik, 27 sentyabr 2020-ci ildə savaşı da Ermənistan başladı və əks hücumla yerlə-yeksan edildi. Əgər indi yeni bir müharibə başlasa bu, 103 illik erməni dövlətçiliyinin sonu olacaq. Ermənistanın 30 il ərzində bütün strateji yüksəklikləri və cəbhəboyu üstünlükləri əlində saxladığı bir dövrdə Azərbaycan ordusuna düşməni it kimi qovmaq üçün cəmi 44 gün lazım oldusa, hazırda bütün səviyyələrdə müqayisolunmaz üstünlüyümüz şəraitdə Azərbaycan ordusuna müzəffər Ali Baş Komandanın öndərliyində düşmənin başını “dəmir yumruq”la əzmək üçün saatlar kifayət edər və cənab İlham Əliyevin də dediyi kimi bu haqq işində bizi kimsə dayanmağa məcbur edə bilməz”.