
RegionTV.info-nun xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.
E.Şahinoğlu bildirib ki, Makron İrəvanda dediklərini Bakıda təkrarlamaq istəyərsə, söylədikləri cavabsız qalmayacaq: “Bu isə Fransa-Azərbaycan münasibətlərinə əlavə gərginlik gətirəcək. Yox əgər Makron Bakıda daha diplomatik ifadələr işlətməyə üstünlük verərsə, bununla iki ölkə arasındakı münasibətləri bir qədər əvvəlki məcrasına qaytara bilər. Bütün halarda Makron ermənilərə rəğbətini gizlətmir və həmsədr olaraq “balans” siyasətini çoxdan unudub. Makron prezident olduğu dövrdə Fransa-Azərbaycan münasibətləri normallaşmayacaq və onun Bakıya mümkün səfəri heç nəyi dəyişməyəcək”.