
RegionTV.info xəbər verir ki, Əfqanıstan lideri bu barədə tvitter səhifəsində yazıb.
“Bu gecə prezident Baydenlə telefonla danışdım. O əmin etdi ki, Əfqanıstan ordusuna dəstək davam edəcək”, - deyə Qani yazıb.
Qeyd olunub ki, liderlər iki dövlət arasında əməkdaşlıq, Əfqanıstan hökumətinə və silahlı qüvvələrə iqtisadi, diplomatik dəstək məsələlərini də müzakirə ediblər.