Çinin ABŞ-ın yeddi rəsmisinə qarşı tətbiq etdiyi sanksiyalar Vaşinqtonu dayandırmayacaq, öz növbəsində Pekinə qarşı sanksiya siyasətini gücləndirəcək.
RegionTV.info xəbər verir ki, Ağ Evin mətbuat katibi Cen Psaki bununla bağlı brifinqdə bildirib.
Onun sözlərinə görə, tətbiq edilən sanksiyalar rəsmi Pekinin fərdləri, şirkətləri və vətəndaş cəmiyyəti təşkilatlarını necə cəzalandırdığına nümunədir.
C. Psaki bildirib ki, Çində investisiya mühiti getdikcə pisləşir və siyasi risklər artır.
Xəbəri paylaş