
RegionTV.info xəbər verir ki, müvafiq məlumat BMT Baş Assmbleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır adından yayılan açıqlamada deyilir.
Qeyd olunub ki, Nyu-Yorkda koronavirusla bağlı vəziyyət yaxşılaşdığı üçün yüksək səviyyəli həftə zamanı ölkələrin nümayəndə heyətinin sayı dörd nəfərə qədər artırılıb.
Nümayəndə heyətini Nyu-Yorka göndərə bilməyən ölkələr videoformatda çıxış etmək hüququnu özlərində saxlayırlar.