Son bir neçə gündə ABŞ, Əfqanıstandakı radikal “Taliban” yaraqlılarına edilən hava hücumlarının sayını artırıb.
RegionTV.info xəbər verir ki, bu barədə “The Washington Post” məlumat verib.
Adı açıqlanmayan iki ABŞ rəsmisi bildirib ki, bu həftə ərzində azı dörd aviahücum həyata keçirilib. Bombalar həmçinin, “Taliban” qruplaşmasının “qala”sı hesab edilən Qəndəhar vilayətinə də atılıb.
Aviazərbələr Əfqanıstanın təhlükəsizlik qüvvələrinin istəyi ilə ya “Taliban”la toqquşmalarda onlara dəstək olmaq, ya da yaraqlıların əlinə keçən silahları və hərbi nəqliyyat vasitələrini məhv etmək üçün endirilib.
Xəbəri paylaş