RegionTV.info
Xəbər verdiyimiz kimi, bu gün saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. Şəhid gizirimiz Vətən müharibəsi iştirakçısı olub. O, Prezident İlham Əliyevin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Şəhid Fərmanın atası Yaqubov Telman Fərman oğlu da şəhiddir. O, 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin atası Beyləqanın Birinci Şahsevən kəndində dəfn olunub.
Qeyd edək ki, şəhidimizin əmisi oğlu MAXE Yaqubov Həsən Hüseyn oğlu da Vətən müharibəsindən sonra həlak olub. Belə ki, Həsən Yaqubov bu ilin yanvarın 12-də Şuşa istiqamətində avtomobil qəzasına düşməsi nəticəsində dünyasını dəyişib.
Xəbəri paylaş