Samux rayonunda 54 yaşlı piyadanı avtomobil vurub.
RegionTV.info-nun məlumatına görə, hadisə rayonun Kolayır kəndində baş verib.
İlkin məlumata görə, 1967-ci il təvəllüdlü Rəhimov Aydın Rəşid oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Piyada ətrafdakı insanların yardımı ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib və hazırda vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb, hadisəni törədən sürücünün şəxsiyyəti dəqiqləşdirilir.
Xəbəri paylaş