Tovuzda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır Tarix: 23-07-2021, 22:17 Xəbərə baxış: 101 Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.RegionTV.info-nun məlumatına görə, hadisə Tovuz rayon ərazisində qeydə alınıb.Yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vurub. Ağır xəsarətlər alan piyada Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.Faktla bağlı araşdırma aparılır.