Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

28 il əvvəlin bu günü: Dəyişməyən erməni xisləti - VİDEO

RegionTV.info
Tarixi 28 il əvvələ vərəqləyəcəyik. Xatırlayanlar bildi. 1993-cü ilin 23 iyulu.

Bu, Azərbaycanın ayrılmaz hissəsi Ağdamın ermənilər tərəfindən işğal edildiyi tarixdir. Həmin tarixi həm də Ağdamın məhvi də adlandıra bilərik. Çünki 44 günlük Vətən savaşından sonra Qarabağda gördüyümüz mənzərə bizə məhz bunu göstərdi. İllər keçsə də, ermənilər köhnə adət-ənənəsinə sadiq qaldı. Başqasının torpağına göz dikmək, işğalçılıq siyasəti, talan etmə, dağıtma və s. Bütün bunlar Ağdamın fonunda daha aydın görünürdü. Amma ermənilər bir şeyi unutmuşdu: əzəli torpaqlarımız bizə yenidən qayıdacaq.

Bu qələbənin başında, zəfərin tarixə düşməsində həm də müzəffər ordunun Müzəffər Ali Baş Komandanı dayanırdı. İşğaldan azad olunan torpaqlara qalib kimi gedən Ali Baş Komandan.

44 günlük vətən və haqq savaşı həm də elə haqqın kimin tərəfində olduğunu göstərdi. Hər gün hansısa şəhərimizin, kəndimizin, rayonumuzun işğaldan azad olunması xəbərini həyəcan və göz yaşları ilə izlədik. Amma zəfərə gedən yolumuz da asan olmadı. “Torpaq uğrunda ölən varsa, vətəndir” dedik, vətəndir deyə torpaqları qanla suvardıq, minlərlə şəhid verdik. Öz canlarından bir göz qırpımında keçənlər təkcə torpaqları azad etmədilər, həm də onu bizə əmanət qoydular. Bizdən sonra siz qoruyun, yağı düşmənə bir daha təslim etməyin dedilər. Kəlbəcər, Laçın, Şuşa, Füzuli, Ağdam və digər rayonlarımız neçə-neçə canlar, qanlar bahasına geri qaytarıldı. İşğal tarixlərini azadlıq salnaməsi ilə əvəz etdik. Azadlığın mübarək, Ağdam!

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də