Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanın məşhur idmançısı vitse-prezident təyin olundu - FOTO/ VİDEO

Azərbaycan Kikboksinq Federasiyasında yeni təyinat reallaşıb.

RegionTV.info  xəbər verir ki, dünya və Avropa çempionu Ramal Aslanov Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub.

Təyinat AKF-nın fəxri prezidenti, İdarə Heyətinin Sədri, Milli Məclis Sədrinin müavini Adil Əliyev və AKF-nın prezidenti Orxan Əliyev tərəfindən rəsmiləşdirilib.

Qeyd edək ki, peşəkar kikboksinqdə “Lord” ləqəbi ilə tanınan Ramal Aslanov Əməkdar idman ustası, Azərbaycan Prezidenti mükafatçısıdır. O, 11 dəfə Azərbaycan çempionu, 2019-cu ildə WAKO dünya çempionu, FF (Faith Fight) Qran Pri dünya kəmərinin sahibidir (2016-2018).

Ramal Aslanov hazırda həmçinin milli komandanın kapitanı və AKF İdarə Heyətinin sədr müavinidir.



QALEREYA

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də