Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə mətbuatın yaranmasının 146-cı ildönümü münasibətilə tədbir keçirilib

Gəncə şəhər İcra Hakimiyyətində Azərbaycan mətbuatının yaranmasının 146-cı ildönümü ilə əlaqədar şəhər icra hakimiyyətinin başçısı media nümayəndələri ilə görüş keçirib.

RegionTV.info-nun  məlumatına görə, tədbir vətən uğrunda canlarından keçən şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan mətbuatının yaranmasının 146-cı ildönümü münasibətilə media nümayəndələrini təbrik edib.

Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərində törədilən terror hadisələrinin işıqlandırılmasında, olayları dünyaya çatdırmasında mühüm rol oynayan media nümayəndələrinə təşəkkürünü bildirib.

Daha sonra media nümayəndələri Gəncə şəhərinin ictimai-siyasi həyatının, 44 günlük Vətən Müharibəsi və pandemiya dövründə göstərdikləri səmərəli fəaliyyətlərinə görə, Azərbaycan Milli Mətbuatının yaranmasının 146-cı ildönümü münasibətilə təşəkkürnamə ilə təltif ediliblər.

Təltif olunanlar sırasında "Report"un Qərb Mərkəzinin müxbiri Sami Süleymanlı da olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də