
RegionTV.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Yunis” şadlıq sarayında təşkil edilən toy mərasiminin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi, “Şah” şadlıq sarayı və fərdi yaşayış evində keçirilən toy mərasimlərində isə qonaqların sayı normadan artıq olduğu aşkarlanıb.
Müəyyən edilən qayda pozuntuları ilə əlaqədar 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.