Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ukraynalı millət vəkili: "Azərbaycan diasporu ölkənin ictimai-siyasi həyatında iştirak edə bilər"

RegionTV.info
"Ukraynada Azərbaycan diasporunun nümayəndələri ölkənin ictimai-siyasi həyatında, o cümlədən parlament seçkilərində iştirak edə bilərlər".

Bunu Ukrayna Ali Radasının antikorrupsiya siyasəti komitəsi sədrinin birinci müavini Yaroslav Yurçişin bildirib.

“Ukraynada böyük Azərbaycan diasporu var. Ölkədə növbəti seçkilər açıq regional siyahılarla keçiriləcək. Ukraynanın şərqində, Zaporojyedə xeyli azərbaycanlı diaspor nümayəndələri var, onların bu siyahılara daxil olma ehtimalının yüksək olduğu qənaətindəyəm” – deyən ukraynalı millət vəkili azərbaycanlıları ölkədəki müxtəlif siyasi qruplarla təmasda daha fəal olmağa çağırıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də