Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Saatlı sakinindən silah götürülüb

Saatlı rayon sakinindən odlu silah götürülüb.

RegionTV.info  xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Fətəlikənd kənd sakini Elsevər İsmayılovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də