Pakistanın Sind əyalətinin Heydərabad şəhərində yüksək gərginlikli elektrik transformatoru partlayıb.RegionTV.info xəbər verir ki, nəticədə 6 nəfər ölüb,15 nəfər ağır yaralanıb.
Partlayış ətrafdakı evlərə və iaşə obyektlərinə də zərər vurub.
Xatırladaq ki, son günlər Heydərabad şəhərində elektrik enerjisinin təmin edilməsilə bağlı problemlər yaşanıb.


