
RegionTV.info xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, ötən il iki ölkə arasında ticarət münasibətlərinin azalması ilə yadda qalıb:
"Amma hazırda həm Azərbaycanda, həm də Rusiyada iqtisadi artım müşahidə olunur ki, bu da iqtisadi baxımdan əməkdaşlıq sferalarına təsir göstərir".
O əlavə edib ki, bu ilin birinci yarısında iki ölkə arasında xarici ticarət dövriyyəsi illik müqayisədə 4 faiz artıb.