“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən 14 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
RegionTV.info xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, qeyd edilən tarixdə 4 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S
Subyektin adı
Fəaliyyət istiqaməti
İmtina səbəbi
1
Teyfi-İbadzadə Cəfər Rəhim oğlu
ictimai iaşə
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir.
2
Qocayeva Ləman İsmayıl qızı
istehsal
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir.
3
Hüseynov Hafiz Nəriman oğlu
ictimai iaşə
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir.
4
Hüseynov Kənan Rafiq oğlu
pərakəndə satış
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir.
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Xəbəri paylaş