Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
RegionTV.info-nun məlumatına görə, Tovuz rayonunda yolu qarşı tərəfə keçmək istəyən qadın piyadanı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.