Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac və çıxış kabeli 8 p.m yanıb.
RegionTV.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yüksək temperaturdan bir ədəd qaz sayğacı əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Xəbəri paylaş