Azərbaycan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun ölüm xəbəri yayılıb.
"RegionTV.info-ya daxil olan məlumata əsasən N. Sadıqovun beyninə qan sızıb və Türkiyədəki xəstəxanalardan birinə yerləşdirilib. İddiaya görə, həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov 44 günlük müharibənin gedişində vəzifəsindən azad edilmişdi.
Hazırda məlumatın dəqiqliyi araşdırılır.
Xəbəri paylaş