Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, hadisə rayonun Gölquşçu kəndində qeydə alınıb.
1990-cı il təvəllüdlü Məmmədov Mahir Daşdəmir oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.
Ağır bədən xəsarətləri alan motosikletin sürücüsü təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Xəbəri paylaş