Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

AQTA 8 restoranda nöqsanlar aşkarladı - SİYAHI

RegionTV.info
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 386 ictimai iaşə obyektində 654 monitorinq keçirib.

AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎rayonu, Qala küç., ev 126 ünvanında yerləşən, fiziki şəxs Əliyev Orxan Elburus oğluna məxsus “Salam baku” restoranı;

2. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəs., sahil çimərliyində yerləşən, fiziki şəxs Əsgərov Fuad Mirəslan oğluna məxsus restoran;

3. Bakı şəhəri, Sabunçu ‎rayonu, Sakit Qocayev küçəsi 19 ünvanında yerləşən, fiziki şəxs Bayramov Azər Rüstəm oğluna məxsus “Cofe star” kafe;

4. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 106A‎ ünvanında yerləşən, hüquqi şəxs "Simurg" MMC-yə məxsus “Second Cup” kafesi;

5. Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küç., ev 9/12 ünvanında yerləşən, fiziki şəxs Qasımov Elşən Kamal oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nərimanov rayonu, A. Nemətulla küç., ev 23 ünvanında yerləşən, hüquqi şəxs "Resant Consulting And Managment" MMC-yə məxsus “Xacapurı Home” restoranı;

7. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 106A ünvanında yerləşən, fiziki şəxs Seyidzadə Nurağa Nemət oğluna məxsus “Hr İskender” restoranı;

8. Bakı şəhəri, Səbail ‎rayonu, Badamdar qəsəbəsi, 2-ci massivində yerləşən, hüquqi şəxs "Badam Boutıque Hotel" MMC-yə məxsus mehmanxananın tərkibində fəaliyyət göstərən restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də