Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Koronavirusa qarşı kapsul şəklində vaksin yaradıldı

İsraildə ilk dəfə koronavirusa qarşı kapsul şəklində vaksin hazırlanıb.

RegionTV.info   xəbər verir ki, bu barədə “Oramed Pharmaceutical” şirkətinin rəhbəri Nadav Kidron bildirib. O, müvafiq sənədləşmədən və Səhiyyə Nazirliyinin təsdiqindən sonra “Oravax Medical” törəmə müəssisəsi tərəfindən yaxın həftələrdə Təl-Əvivdəki Sourasky Tibb Mərkəzində klinik sınaqlara başlanacağını deyib. 6 həftə davam edəcək sınaqlarda iştirak edəcək 24 könüllünün yarısı bir, digər yarısı isə iki kapsul qəbul edəcək. Könüllülər daha əvvəl başqa peyvəndlərlə aşılanmamış şəxslər olacaqlar.

Şirkət rəhbərinin dediyinə görə, yeni vaksin COVID-19-un variantlarına qarşı da təsirlidir.

Qeyd edək ki, sözügedən vaksinin hazırlanması ilə bağlı bu ilin mart ayında “Oramed” ilə Hindistanın “Premas Biotech” şirkətinin birgə müəssisə yaradacağı elan edilmişdi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də