Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Göygöldə qəza: avtomobil iki yerə bölündü, yaralılar var - FOTO

Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

RegionTV.info-nun  məlumatına görə, "NİVA" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Yaralılar xəstəxanaya aparılıb.

Qeyd edək ki, zərbənin gücündən "VAZ-2106" markalı avtomobil iki hissəyə bölünüb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də