Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Biləsuvarda Milli Mətbuat Günü qeyd edilib

Biləsuvar Rayon İcra Hakimiyyətində (RİH) Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib.

RegionTV.info-nun   məlumatına görə, tədbirdə Biləsuvar RİH başçısı Faiq Qürbətov, RİH Aparatının əməkdaşları, 20-dən artıq mətbuat nümayəndələri, sayt və qəzet rəhbərləri, müxbirləri, televiziya nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları müxtəlif qəzetlərin arxiv nümunələrindən təşkil olunmuş sərgiyə baxış keçiriblər.

Tədbirdə çıxış edən icra başçı Faiq Qürbətov mətbuatın 146 illik keçdiyi inkişaf yolundan geniş söhbət açaraq cəmiyyətdə əvəzsiz rolundan danışıb. Başçı eyni zamanda tədbirdə iştirak edən mətbu orqanların nümayəndələrinə rayonun ictimai-siyasi, sosial-iqtisadi, tikinti, quruculuq, kənd təsərrüfatı və digər sahələrində görülən işlər barədə mətbuatda mütəmadi işıqlandırdıqları üçün minnətdarlığını bildirib.

Daha sonra iştirakçılar Milli Mətbuat Günü ilə bağlı geniş məlumat veriblər və rayon rəhbərliyinə onlara Peşə Bayramı Günü ilə əlaqədar göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildiriblər.

Rayon rəhbərliyi tərəfindən tədbir iştirakçılarına Fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Həmçinin "Report"un Muğan bürosu, müxbir Tural Nəsirov da Fəxri fərmanla təltif olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də