
RegionTV.info xəbər verir ki, polis əməkdaşları yeraltı piyada keçidində, sərnişin avtobuslarında, taksilərdə sakinlərlə maarifləndirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar. Tibbi maskadan istifadənin zəruri olduğu, əks halda barələrində qanunauyğun tədbirlər görüləcəyi onların diqqətinə çatdırılıb.
Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb. Reyd zamanı bir neçə sərnişin və avtobus sürücüsü cərimələnib.