Ermənistan vətəndaşları ölkələrini kütləvi şəkildə tərk edirlər.
RegionTV.info-nun məlumatına görə, son 3 ayda Almaniyaya gələrək, sığınacaq istəyən Ermənistan Respublikasının vətəndaşlarının sayı artıb.
Aprel, may, iyun aylarında ümumilikdə 470 Ermənistan vətəndaşı Almaniya Federativ Respublikasına qaçqın statusu üçün müraciət edib. Onların sığınacaq tələblərinə əsas isə, İkinci Qarabağ müharibəsindən sonra ölkələrindəki vəziyyət olub.
Məlumat üçün bildirək ki, 2021-ci ilin iyun ayında Almaniyanın miqrasiya idarələrinə ümumilikdə 10 282 ilkin sığınacaq müraciəti daxil olub. Onlardan yalnız 2 565 nəfərə Cenevrə Konvensiyasna əsasən qaçqın statusu verilib.
Xəbəri paylaş