Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyada "Aİ-95" markalı benzinin birja qiyməti ilk dəfə 60 min rublu keçib

“Aİ-95” markalı neftin Rusiyanın Avropa hissəsinin birja ərazi indeksləri iki gün ardıcıl olaraq tarixi rekordu yeniləyərək bir ton üçün 60 min rublu keçib.

RegionTV.info   xəbər verir ki, bu Sankt-Peterburq beynəlxalq əmtəə-xammal birjasının məlumatlarından görünür.

Məlumata görə, ticarətin nəticələrinə görə “Aİ-95”-in qiyməti sutka ərazində 0,3 % artaraq bir ton üçün 60 029 rubl təşkil edib. “Aİ-92”-nin dəyəri isə ardıcıl olaraq 5 gündür ki tarixi maksimumu yeniləyir. Onun qiyməti bu gün 0,94 % artaraq bir tona görə 57 597 rubl olub.

Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin birjada qiymətlərin artmasını tətil mövsümündə daxili bazarda tələbin artması, həmçinin bir neçə neft emalı zavodunda təmir işlərinin aparılması ilə izah edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də