Ağcabədidə küçəyə atılan körpənin vəziyyəti normaldır.
RegionTV.info xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
O bildirib ki, məsələ Dövlət komitəsinin nəzarətindədir: “Hazırda körpə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müayinə olunur, bütün lazımi tədbirlər də görülür”.
Qeyd edək ki, bu gün körpə oğlan uşağı Ağcabədi rayonunda küçəyə atılıb.
Xəbəri paylaş