Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sumqayıtda bazarda atəş açılıb, bir nəfər yaralanıb - FOTO






Sumqayıtda silahlı insident baş verib.

hadisə şəhərin “İnşaatçılar” qəsəbəsində yerləşən bazarda qeydə alınıb.

Belə ki, naməlum şəxs “BMW” markalı avtomobildən düşərək ov tüfəngindən atəş açıb. Nəticədə, bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan, 1988-ci il təvəllüdlü Çələbiyev Natiq Atabala oğlu xəsarət alıb. Çoxsaylı qırma yarası alan N.Çələbiyev Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də