
RegionTV.info xəbər verir ki, sədrliyə hər iki namizəd yetərli səs toplaya bilməyib.
Giorgi Kalandarişvili tələb olunan 100 səs əvəzinə 83, Giorgi Santuriani isə cəmi 4 səs əldə edib.
Beş il müddətinə sədrin təsdiqlənməsi baş tutmayandan sonra qanunverici orqanda sədrin altı ay müddətinə seçilməsi məsələsi səsverməyə qoyulmalıdır.
Parlament namizədlərə 4 dəfə səs vermək hüququna malikdir.
Qeyd edək ki, MSK-nın keçmiş sədri Tamar Jvaniya iyunun 30-da istefa verib.