
RegionTV.info xəbər verir ki, bu barədə Bankın Direktorlar Şurası qərar qəbul edib.
Bankın açıqlamasına görə, COVID-19-la mübarizədə Azərbaycanın 1 milyard 773,2 milyon ABŞ dolları vəsait cəlb etməsinə ehtiyac var ki, onun da 1 milyard 423,2 milyon ABŞ dollarının Azərbaycan hökuməti qarşılayacaq. Digər 250 milyon ABŞ dollarlıq hissəni Asiya İnkişaf Bankı (ADB) ayıracaq.
Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində (Çin) 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfdən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü 2016-cı il iyunun 24-də ratifikasiya edilib. Hazırda rəsmi Bakının Bankda payı 0,2626 %-ə, səsvermə payı isə 0,4229 %-ə bərabərdir.