Bərdə rayonunda bir qrup rayon sakin Polis Şöbəsinə müraciət edərək onlara məxsus evdən və avtomobildən oğurluq edilməsi barədə məlumatlar veriblər.
RegionTV.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum edilmiş Namiq Quliyev saxlanılıb.
Araşdırmalarla onun 2 ədəd velosiped, məişət əşyaları, su mühərriki, akkumulyator oğurlamaqla vətəndaşlara maddi ziyan vurub.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.
Xəbəri paylaş