Rusiyanın Taciksitanda yerləşən 201 saylı hərbi bazasının hərbçiləri planauyğun və plandankənar təlimlər keçirir.
RegionTV.info xəbər verir ki, məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, Rusiya hərbçiləri Tacikistanla Əfqanıstan sərhədində yaranan vəziyyət fonunda təlimlər keçirir.
Qeyd edək k, Tacikistan hərbçiləri də təlimlərə başlayıb.
Xatırladaq ki, Tacikistanla Əfqanıstan sərhədinin uzunluğu 910 km-dir. “Taliban” qruplaşması sərhəddə yerləşən Bədəxşan vilayətinə nəzarəti ələ keçirdiklərini iddia edir.
Xəbəri paylaş