Çində tikilməkdə olan tunelin su ilə dolması nəticəsində 13 işçi ölüb Tarix: 22-07-2021, 07:40 Xəbərə baxış: 145 Çinin cənubundakı Quandun əyalətində tikilməkdə olan tuneli su basması səbəbindən ən azı 13 işçi ölüb.RegionTV.info xəbər verir ki, bu barədə Çinin "Global Times" qəzeti məlumat yayıb.Bildirilir ki, tunelin su ilə dolması zamanı xilasedicilər əvvəlcə üç nəfərin, daha sonra on nəfərin cəsədini tapıblar.Lakin 1 nəfər itkin düşüb.