Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənilər təxribat üçün Rusiya bankına pul yığır - VİDEO

RegionTV.info
Ermənilər əsgərlərinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribat törətməsi məqsədi ilə hərbi avadanlıqların alınmasına dəstək olmaq üçün insanlardan vəsait toplayırlar.

Bu barədə erməni fəal Mika Abadalyan “Telegram” hesabında paylaşım edib.

Vəsaitin yığılması və terror aktının tezləşdirilməsi üçün Rusiyanın “Sberbank” bankında hesab açılıb. Sosial şəbəkələrdə erməni vətəndaşlarına müraciətlər edilir. Abadalyan qısa müddət ərzində 125 min rubl (təxminən 2900 AZN) civarında vəsaitin toplandığını açıqlayıb.

Bu çağırışdan sonra Rusiyada yaşayan azərbaycanlılar “Sberbank”a müraciət edərək Azərbaycan ərazilərinə zərbə vurmaq üçün hərbi avadanlıqların alınması məqsədi ilə vəsaitin toplanmasına icazə verməmələrini tələb ediblər. Həmçinin bildirilib ki, bank hesabında bu məqsədlə vəsait toplamaq Rusiya Federasiyası qanunvericiliyinin pozulmasıdır.

“Sizdən xahiş edirik bank hesabına pul yığılmasının qarşısını almaq istiqamətində təcili tədbirlər görəsiniz. Rusiya sülhməramlılarının Ermənistan və Azərbaycan arasında sülhü təmin etmək üçün şərait yaratdığı günlərdə belə hadisələrin baş verməsi Rusiya tərəfinin səylərinə kölgə salır”, - deyə müraciətdə bildirilib.

Qeyd edək ki, erməni bloqer Mika Abadalyan artıq toplanan vəsaitə hərbi cihazların alındığı və erməni əsgərlərə çatdırıldığı haqda məlumat paylaşıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də